Bakı şəhərinin Nəsimi rayonu ərazisində şadlıq sarayında keçirilən toy mərasimində ölüm hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, noyabrın 6-da saat 00:50-də S.Vurğun küçəsi 941-ci məhəllədə yerləşən Niaqara restoranında 1937-ci il təvəllüdlü, Yasamal rayonu İ.Qutqaşınlı küçəsi ev 7, mənzil 40-da qeydiyyatla yaşayan Əliyev Famil Məmməd oğlu toy mərasimində vəfat edib. Onun ürək çatışmazlığından öldüyü ehtimal edilir.
Araşdırmalar aparılır.