Bakıda rəfiqəsinə qarşı cinayət törədən 25 yaşlı qız tutuldu
04 fevral 2015 18:39 (UTC +04:00)

Bakıda rəfiqəsinə qarşı cinayət törədən 25 yaşlı qız tutuldu

Bakıda 25 yaşlı qadın oğurluq etdiyinə görə həbs edilib. Lent.az-ın məlumatına görə, Səbail RPİ 8-ci PB-yə müraciət edən 1991-ci il təvəllüdlü Şəfəq Şıxcanova yanvarın 30-da onun evində qonaq olan rəfiqəsinin mənzildən mobil telefon və 1050 manat pul oğurladığını deyib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xanlar küçəsi 12, mənzil 9-da oğurluq etmiş 1990-cı il təvəllüdlü Aygün Məmmədova müəyyən edilib və tutulub.

 

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 174

Oxşar yazılar