Bakı şəhərinin Yasamal rayonu ərazisində partlayıcı qurğu satan şəxs tutulub. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, paytaxt sakini Ələkbər Mirzəyev 3 ədəd qumbaranı və 2 ədəd ona məxsus alışdırıcını 300 manata satarkən tutulub. Ə.Mirəzyevin evindən daha 2 qumbara və alışdırıcı tapılıb.
Faktla əlaqədar araşdırmalar davam etdirilir.