Hadisəni törədən şəxslərdən biri tutulub
Bu ilin mart ayının 7-də Bakı şəhərinin Suraxanı rayonu ərazisində törədilmiş cionayətdə iştirak edən şəxslərdən biri tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, naməlum şəxslər Hövsan bağlarında yaşayan Züleyxa Əsgərovanın evinə daxil olaraq, onun və evdə olan Humay Nəsirova ilə Fərzanə Ağayevanın əllərini bağlayaraq hədə-qorxu gəliblər. Daha sonra evdən 900 manat, 1 ədəd qızıl və 1 ədəd gümüş üzük götürərək qaçıblar. Bakı şəhər BPİ CAİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Rüfət Məmmədov tutulub.
Digər şəxslərin yaxalanması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.