Bakıda quldurlar evdən onminlərlə manatlıq var-dövlət apardı
28 avqust 2017 10:06 (UTC +04:00)

Bakıda quldurlar evdən onminlərlə manatlıq var-dövlət apardı

0

 

Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb.

 

APA-nın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Aşıq Alı küçəsi 22 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1972-ci il təvəllüdlü Vüqar Məmmədova polisə müraciət edərək yaşadığı evdən seyfin sındırılaraq içərisindən 20 min ABŞ dolları və 80 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

 

Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar