Bakıda qətl törədən məhkum həbsxanada ölüb
04 fevral 2015 15:32 (UTC +04:00)

Bakıda qətl törədən məhkum həbsxanada ölüb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində ölüm faktı qeydə alınıb. Vesti.az-ın məlumatına görə, dünyasını dəyişən şəxs 16 saylı Cəzaçəkmə müəssisəndə cəza çəkən məhkum, 1961-ci il təvəllüdlü Süleymanov Adil Qara oğludur. Onun ürək çatışmazlığından öldüyü bildirilir. Adil Süleymanov 2006-cı ildə Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə təqsirləndirilərək 14 il müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 257

Oxşar yazılar