Bakının Nəsimi rayonu ərazisində aparılan söküntü işləri zamanı qəza olub. Lent.az-ın məlumatına görə, C.Hacıbəyli küçəsi 37 saylı ünvanda yerləşən Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanasında Bakı şəhər İcra Hakimiyyəti əməkdaşları tərəfindən söküntü işləri aparılarkən, söküntü işi aparan "Doosan" markalı traktor texniki səbəblərdən binanın 3-cü mərtəbəsindən aşıb. Traktor hündürlükdən düşməsi nəticəsində yararsız vəziyyətə düşüb.
Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.