Bakı şəhərinin Suraxanı rayonunda yanğın hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bülbülə qəsəbəsi, İsmayıl Məmmədov küçəsi ev 71-də yaşayan 59 yaşlı Elxan Məmmədov yanıq xəsarətləri ilə xəstəxanaya gətirilib. 5 saylı şəhər xəstəxanasına yerləşdirilən şəxsin vəziyyəti orta ağırdır.
Məlumata görə, yanıq xəsarətləri almış şəxs isinmək üçün sobanın lap yaxınlığında dayanın və yuxuya keçib. Əvvəlcə onun paltarları yanıb və daha sonra bədəninə keçib.