Bakıda qadına qarşı soyğunçuluq baş verib.
Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Xəzər RPİ CAŞ və 1-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 14-də gecə saatlarında Şağan qəsəbəsində Salyan rayon sakini Gülnar Nəzərovanın içərisində 200 manat və mobil telefon olan əl çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən əvvəllər məhkum olunan Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Vüqar İlqar oğlu Şükürov tutulub.