Bakıda qadın bıçağı kişinin kürəyinə sancdı
22 fevral 2015 19:13 (UTC +04:00)

Bakıda qadın bıçağı kişinin kürəyinə sancdı

Bakıda bıçaqlanma hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Yeni Günəşli qəsəbəsi, Q yaşayış massivində Məmmədov Natiq Əli oğlu kürək nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində, N.Məmmədovun həyatı üçün yaranmış təhlükə aradan qaldırılıb.

 

İlkin araşdırmalardan sonra hadisənin 1973-cü il təvəllüdlü Kərimova Gülnarə İldırım qızı tərəfindən törədilməsi məlum olub. 42 yaşlı qadının hansı səbəbdən qanlı əmələ əl atması hələlik məlum deyil. Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 86
avatar

Oxşar yazılar