Fevralın 20-də saat 07 radələrində naməlum şəxs Yasamal rayonu Azərbaycan prospektindəki taksofondan DİN-in "102" Zəng Mərkəzinə zəng edərək “Nizamidə bomba var” deyib dəstəyi asıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yasamal RPİ 26-cı PB və MTN-in Yasamal Rayon İdarəsi əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər görülüb, məlumat təsdiqini tapmayıb.
Aparılmış araşdırmalarla məlumatın Bakı şəhər sakini, ruhi xəstə Eldəniz Balayev tərəfindən verilməsi müəyyən edilib və o, saxlanılıb.
Araşdırmalar davam etdirilir.