Bakıda pəncərəni sındırıb evi talan etdilər
20 fevral 2014 17:49 (UTC +04:00)

Bakıda pəncərəni sındırıb evi talan etdilər

Bakı şəhərinin Xətai rayonunda mənzildən oğurluq edilib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, A.Qurbanov küçəsi 124 ünvanında yaşayan Emin Mahmudov şikayət ərizəsi yazaraq bildirib ki, evindən külli miqdarda qızıl-zinət oğurlanıb. Şikayətçi bildirib ki, mənzildə kimsənin olmadığı vaxt naməlumşəxs və ya şəxslər pəncərəni sındırmaq yolu ilə içəri soxulub. Evdən 6 min manatlıq qızıl və xeyli digər qiymətli əşyalar götürülüb.

 

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 770

Oxşar yazılar