Bakıda pəncərəni qırıb evə girən 2 nəfər tutuldu
26 oktyabr 2015 11:20 (UTC +04:00)

Bakıda pəncərəni qırıb evə girən 2 nəfər tutuldu

0

Bakıda oğurluqla məşğul olan 2 nəfər tutulub. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 22-də Buzovna qəsəbəsi H. İsgəndərov küçəsində yaşayan 1968-ci il təvəllüdlü İlqar Həsənovun evindən pəncərənin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri - 1994-cü il təvəllüdlü Eldar Allahverdiyev və 1996-cı il təvəllüdlü Şamil Nəsibov tutulub.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 261

Oxşar yazılar