2 gün əvvəl Bakıda törədilmiş oğurluq hadisəsinin üstü açılıb. Binəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 30-da Hüseynov Ələddin Qulam oğlunun evindən 6000 manat pul oğurlamış qardaşı oğlu İlkin Hüseynov tutulub.
Lent.az-ın əldə etdiyi məlumata görə, zərərçəkən Ələddin Hüseynov Ədliyyə Nazirliyi Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru vəzifəsində çalışır.