Fevralın 16-da Bakıda naməlum avtomobillər iki azyaşlını vurub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, saat 17.00 radələrində Nəsimi rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla Sumqayıt şəhər sakini 5 yaşlı Nihad Babayev vurulub. Nəticədə xəsarət almış uşaq xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
Fevralın 16-da saat 19.20 radələrində Yasamal rayonu ərazisində də müəyyən edilməmiş avtomaşın azyaşlını vurub. Şəhər sakini 7 yaşlı Lalə Zeynalova xəstəxanada tibbi yardım göstərildikdən sonra evə buraxılıb.