Bakıda mühasib özəl şirkətdə pul mənimsəməkdə günahlandırılır
0
0
Bakıda özəl şirkətin mühasibi işçilərin pulunu mənimsəməkdə ittiham olunur.
APA-nın məlumatına görə, paytaxtın Nəsimi rayonunda yerləşən “SMPS” MMC-nin rəhbəri, Sabirabad rayon sakini Anar Hüseynov Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edərək, şirkətin mühasibinə işçilərə vermək üçün 4500 manat pul verdiyini, onun isə işçilərin maaşını mənimsədiyini bildirib.
Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır.
0
0