Bakıda minaatan mərmisi tapılıb
18 oktyabr 2015 16:08 (UTC +04:00)

Bakıda minaatan mərmisi tapılıb

0

Bu gün Fövqəladə Hallar Nazirliyinin Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, dərhal müvafiq qurumlar hadisə yerinə cəlb olunub və döyüş tətbiqinə yararlı olan 1 (bir) ədəd 50 millimetrlik minaatan mərmisi mütəxəssislər tərəfindən götürülüb. Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və başqa şübhəli əşya aşkar edilməyib.

 

Əməliyyat saat 11:25-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar