Bakıda məşhur xəstəxanada faciə: uşaq naməlum səbəbdən öldü
11 iyun 2018 17:05 (UTC +04:00)

Bakıda məşhur xəstəxanada faciə: uşaq naməlum səbəbdən öldü

Bakıda ixtisaslaşmış xəstəxanada yeni doğulmuş uşaq ölüb. Lent.az xəbər verir ki, iyunun 7-də Füzuli rayon Horadiz qəsəbə sakini, 1989-cu il təvəllüdlü Gülnarə Əhmədova Respublika Perinatal Mərkəzinə yerləşdirilib. İyunun 9-da o, 1 kiloqram 900 qram çəkili oğlan uşağı dünyaya gətirib. G.Əhmədovanın bətnindəki 35 həftəlik uşaq qeysəriyyə yolu ilə götürülüb. Lakin iyunun 11-nə keçən gecə yeni doğulmuş oğlan uşağı naməlum səbəbdən vəfat edib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 421

Oxşar yazılar