<span style="color:red;">Bakıda film kimi hadisə:  həbsdən çıxıb tutulduğu yerə gəldi, yenə tutuldu - YENİLƏNİB
30 oktyabr 2017 11:43 (UTC +04:00)

Bakıda film kimi hadisə: həbsdən çıxıb tutulduğu yerə gəldi, yenə tutuldu - YENİLƏNİB

Bir neçə gün əvvəl Bakıda quldurluq etmiş şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 23-də iki nəfər naməlum şəxs Xətai rayon sakini Viktor Məmmədovun evinə quldurluq niyyəti ilə daxil olaraq onun 2500 manat pulunu və 500 dollar pulunu ələ keçirib hadisə yerindən uzaqlaşıblar. Xətai Rayon Polis İdarəsinə (RPİ) məlumat daxil olan kimi dərhal hadisə yerinə əməliyyat-istintaq qrupu yollanıb və mənzilə ekspert-kriminalistlərin iştirakı ilə baxış keçirilib, müvafiq əl-barmaq izləri götürülüb. 

 

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayətin əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər –Səyavuş Səfiyev və Kamal Fərhadov tərəfindən törədildiyi müəyyən edilib və onlar saxlanılaraq  məsuliyyətə cəlb ediliblər. Araşdırma zamanı məlum olub ki, dəstə üzvü K.Fərhadov bir neçə il əvvəl qeyd edilən mənzildən oğurluq edib. K.Fərhadov həmin cinayətə görə məhkum olunub azadlığa çıxandan sonra tanışı S.Səfiyevə yenidən həmin evin sahibinə qarşı quldurluq cinayəti etməyi təklif edib.

 

Saxlanılan şəxslərin ətraflarında həyata keçirilən əlavə tədbirlərlə onların paytaxtın Nizami və Binəqədi rayonlarında quldurluq, Qəbələ rayonunda isə oğurluq cinayəti törətdiyi müəyyən edilib. Qeyd edək ki, dəstə üzvləri basqın etdikləri evlərə daxil olmaq üçün zərərçəkənlərə özlərini qonşu kimi təqdim ediblər.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.  Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən bu şəxslərin başqa cinayətlərdə iştirak etdiklərini də istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

 

 

*****

 

 

24 oktyabr

 

Bakıda quldurluq hadisəsi baş verib. Lent.az xəbər verir ki, ötən gecə iki nəfər maskalı şəxs Məmmədov Viktor Kərimoviçin Xətai rayonu Gəncə prospektindəki evinə soxulub. Həmin şəxslər ev sahibini boğmağa başlayıblar və daha sonra ağızını tutaraq əl-qolunu bağlayıblar. V.Kərimoviçin qarnına bıçaq dirəyib pul və qızıl tələb edən maskalılar mənzildən 2500 manat və 500 dollar götürərək aradan çıxıblar.

 

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 247
avatar

Nizam Rza

Oxşar yazılar