Daxili İşlər Nazirliyi Bakıda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 3-də saat 23 radələrində Sabunçu rayonu Şəhər şosesində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Səadət Məhsimova vurulub. Xəstəxanaya yerləşdirlmiş S.Məhsimova orada ölüb.
Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

*****
10:07
Bakıda ağır yol qəzası baş verib. Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Zabrat qəsəbəsi Şəhər şosesində naməlum avtomobil 54 yaşlı qadını vurub. Qadın hadisə yerindəcə keçinib. Hadisəni törədən sürücü avtomobili ilə birgə uzaqlaşıb.
Faktla bağlı araşdırmalara başlanılıb. Qəzanı törədən şəxsin müəyyən edilməsi istiqamətində iş aparılır.