Martın 18-də Bakı şəhərinin Səbail rayonu ərazisində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Salyan şosesi 32 ünvanında yerləşən daş karxanasında, həmin obyektin sahibi 1963-cü il təvəllüdlü Həmidov Səfa Sənan oğlunun üstünə daş düşüb. İri və ağır mişar daşının altında qalmış iş adamı hadisə yerindəcə keçinib.
Faktla əlaqədar araşdırmalar aparılır.