İyulun 10-da Yasamal rayonu H.B.Zərdabi küçəsində kirayədə yaşayan Tacikistan vətəndaşı Makhmadaliev Mukhammadiso yaşadığı evin 9-cu mərtəbəsinin eyvanından özünü atmağa cəhd göstərib.
Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, cəhdin qarşısı FHN-nin əməkdaşları tərəfindən alınıb.