Bakıda iki qardaşın güllələnərək öldürüldüyü hadisə ilə bağlı YENİ FAKTLAR - <span style="color:red;">YENİLƏNİB 2
08 yanvar 2015 21:15 (UTC +04:00)

Bakıda iki qardaşın güllələnərək öldürüldüyü hadisə ilə bağlı YENİ FAKTLAR - YENİLƏNİB 2

Bu gün Bakının Qaradağ rayonunda iki qardaşı güllələyərək öldürən şəxsin kimliyi bəlli olub. Lent.az-ın əldə etdiyi məlumata görə, 35 yaşlı Cahid Rəhimovu və onun qardaşı, 30 yaşlı Cavidi qundağı və lüləsi kəsilmiş tüfənglə güllələyərək öldürən şəxsin Tərlanov Zaur Ənvər oğlu olması müəyyən edilib. O, dərhal həbs edilib və 38-ci Polis Bölməsinə aparılıb.
 
Zaur Tərlanov ilkin ifadəsində bildirib ki, hər iki qardaşı qısqanclıq zəminində güllələyib. Hadisənin baş verdiyi avtomobil də Rəhimov qardaşlarına məxsus olub.
 
Verilən digər məlumata görə, tərəflər arasında pul məsələsi olub. Lakin bu barədə, eləcə də qısqanclıq məsələsi ilə bağlı hələlik dəqiq məlumatlar yoxdur.
O da məlumdur ki, qətli törədən şəxs pul məsələlərinə görə dəfələrlə məhkəmələrə müraciət edib.
 
 
``````
 
19:15
 
 
Bakıda güllələnən qardaşların adları məlum olub. Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, öldürülən qardaşlardan birinin adı Cahid, digərinin adı isə Caviddir. Onlar Sahil qəsəbəsinin sakinləridir.

 

Hadisə baş verən “Toyota Land Cruiser” markalı maşının dövlət nömrə nişanı 90 RC 008-dir.

 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırmaları davam etdirir.

 

 

18:51

*******

Bakıda baş verən atışmanın bəzi detalları məlum olub.


Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, güllələnən qardaşlar “Toyota Land Cruiser” markalı maşında olublar. Onların olduğu avtomobilə naməlum maşından düşən şəxs atəş açıb. Nəticədə hər iki qardaş yerindəcə ölüb.

 

Polisdən həmçinin bildirilib ki, istintaq sirri olduğu üçün ölən qardaşların adı hələlik açıqlanmır.  

 

 

***
 
18:28
 
Bakıda silahlı insident baş verib.

 

Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 18.00 radələrində Sahil qəsəbəsində qeydə alınıb. Naməlum şəxslər avtomobildə iki qardaşı güllələyiblər. Onların hər ikisi yerindəcə ölüb.

 

Hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxıb.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 305

Oxşar yazılar