Bakıda idman cəmiyyətindən 90 min manatlıq <span style="color:red;">OĞURLUQ
24 noyabr 2016 13:15 (UTC +04:00)

Bakıda idman cəmiyyətindən 90 min manatlıq OĞURLUQ

Bakıda oğurluqla məşğul olan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nizami RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 16-da rayon ərazisində yerləşən "Azidman" MMC-yə məxsus anbardan 89186 manat dəyərində süni dam örtüyünü və ona aid qaynaq naqillərini oğurlamaqda şübhəli bilinən digər şəxs - İsmayıllı rayon sakini Asif Əbilov saxlanılıb.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 259
avatar

Oxşar yazılar