Bakıda hamamda yaşayan kişinin faciəsi
29 oktyabr 2013 11:17 (UTC +04:00)

Bakıda hamamda yaşayan kişinin faciəsi

Bakı şəhərinin Xətai rayonu ərazisində 55 yaşlı kişinin meyiti tapılıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Əhmədli qəsəbəsi, 5-ci Əhmədli küçəsində istifadəsiz binanın hamam otağında məskunlaşmış şəxsin meyiti tapılıb. Meyit üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

 

Müəyyən edilib ki, ölən şəxs Biləsuvar rayon Xırmandalı kənd sakini, Məmmədov Əlitağa Əlibala oğludur. Onun uzun müddət imiş ki istifadəsiz binada yaşadığı və bronxial-asma xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1413
avatar

Nizam Rza

Oxşar yazılar