Bakıda güclü partlayış: xəsarət alanlar var
26 aprel 2013 18:19 (UTC +04:00)

Bakıda güclü partlayış: xəsarət alanlar var

 

Bu gün günorta saatlarında Bakı şəhərinin Nizami rayonu ərazisində güclü partlayış baş verib. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, Keşlə qəsəbəsi, Oqtay Vəliyev küçəsi ev 1 ünvanında aparılan təmir işləri zamanı qaynaq aparatı partlayıb. Nəticədə ev sahibi və orada işləyən usta ağır xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Qaynaqçının vəziyyətinin kritik olduğu bildirilir.

Partlayış daha sonra yanğına keçib.

Nizami RPİ-dən Lent.az-a faktı təsdiqləyiblər. Bildirilib ki, hazırda zərərçəkmişlərin şəxsiyyəti müəyyənləşdirilir. Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6279
avatar

Nizam Rza

Oxşar yazılar