Bakıda güclü partlayış: <span style="color:red;">neft çəni yandı  - <span style="color:red;">YENİLƏNİB 2
24 aprel 2014 10:57 (UTC +04:00)

Bakıda güclü partlayış: neft çəni yandı - YENİLƏNİB 2

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) bu gün Bakıda neft çənində baş verən yanğınla bağlı məlumat açıqlayıb.

 

APA-Economics”in məlumatına görə, məlumatda bildirilib ki, bu gün səhər saat 09.40 radələrində “Azneft” İstehsalat Birliyinin “Bibiheybətneft” NQÇİ-nin neftyığma məntəqəsində, 14-cü çəndə qəfildən alışma baş verib.

 

Hadisə yerinə çağırılmış Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları dərhal yanğının qarşısını alıblar. Hadisə zamanı xəsarət alan olmayıb. Hazırda hadisənin səbəbləri araşdırılır.

 

Qeyd edilib ki, çəndə toplanmış neft bir gün əvvəl, aprelin 23-də təhvil verildiyi üçün hadisə nəticəsində neft itkisi olmayıb.

 

*****

 

10:57
 
 
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Bakıda neft çənində baş verən yanğınla bağlı ilkin məlumat açıqlayıb. ARDNŞ-in mətbuat katibi Nizaməddin Quliyev APA-ya açıqlamasında deyib ki, yanğın ARDNŞ-in Mərkəzi neft yığma məntəqəsində qeydə alınıb. Onun sözlərinə görə, yanğın baş vermə səbəbləri aydın deyil.

 

İlkin ehtimala görə, ərazidə alışma olub. Xəsarət alan yoxdur. Hazırda faktla bağlı araşdırma gedir. N. Quliyev gün ərzində hadisə ilə bağlı ətraflı məlumat veriləcəyini də deyib.

Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsindən Lent.az-a verilən məlumata görə, saat 11 radələrində yanğının qarşısı alınıb. Hazırda ərazidə qabaqlayıcı tədbirlər görülür.

*****

10:33

 

Bu gün Bakı şəhərinin Səbail rayonu ərazisində güclü partlayışın baş verdiyi neft çəninin Azərbaycan Dövlət Neft Şirkətinin Bibiheybət Neft-Qaz Çıxarma İdarəsinə məxsus olduğu məlum olub. Lent.az-ın məlumatına görə, Bayıl qəsəbəsi Gülbala Əliyev küçəsinin axırında yerləşən neft çənində baş vermiş partlayışın səbəbi məlum deyil. Ərazidə güclü yanğın müşahidə olunur və ətrafdakı digər iri neft çənləri də təhlükə qarşısındadır.

 

Qeyd edək ki, hadisənin baş verdiyi ərazi əhali arasında Akapen adı ilə tanınır. Partlayışın gücündən ətrafdakı bəzi evlərin şüşələri qırılıb.

 

 

*****

10:21

 

Bu gün Bakı şəhərinin Səbail rayonu ərazisində güclü partlayış olub. Lent.az-ın məlumatına görə, Bayıl qəsəbəsində yamac ərazidə yerləşən iri neft çənlərindən birində güclü partlayış olub. Partlayış az sonra yanğına keçib.

 

Hazırda hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib. Partlayış nəticəsində insan tələfatının olub-olmaması məlum deyil.

 

Qeyd edək ki, videonu Bayılda yaşayan tanınmış jurnalist Nail Nürəddinoğlu çəkib.

# 6140
avatar

Nizam Rza

Oxşar yazılar

Bakıda  bahalı motosiklet   oğurlandı - VİDEO

Bakıda bahalı motosiklet oğurlandı - VİDEO

6 may 2024 , 14:50
Daxili işlər nazirinin müavininin oğluna hökm oxundu

Daxili işlər nazirinin müavininin oğluna hökm oxundu

6 may 2024 , 13:55
Mingəçevirdə davanın sonu  QANLA BİTDİ

Mingəçevirdə davanın sonu QANLA BİTDİ

6 may 2024 , 12:20
Məhkəmədən Anar Məmmədli ilə bağlı YENİ QƏRAR

Məhkəmədən Anar Məmmədli ilə bağlı YENİ QƏRAR

6 may 2024 , 11:51
Bakıda tapança alverçisini belə yaxaladılar

Bakıda tapança alverçisini belə yaxaladılar

6 may 2024 , 11:25
Cəlilabadda 8 gündür hamı bu oğlanı AXTARIR

Cəlilabadda 8 gündür hamı bu oğlanı AXTARIR

6 may 2024 , 11:03
Yasamalda “Hyundai” markalı avtomobil   qaçırıldı

Yasamalda “Hyundai” markalı avtomobil qaçırıldı

6 may 2024 , 10:41
Bakıda FACİƏ:  Sərxoş kişinin acı sonu

Bakıda FACİƏ: Sərxoş kişinin acı sonu

6 may 2024 , 09:20