Bakı şəhərinin Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib. rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, mayın 5-nə keçən gecə saat 03:15 radələrində Bayıl qəsəbəsi, Aydın Məmmədov küçəsi 84 ünvanının qarşısında naməlum şəxs 1982-ci il təvəllüdlü Abdullayev Taleh Kamil oğlunu bıçaqlayıb. Qarın və bud nahiyəsindən daxilə nüfuz edən xəsarətlər almış 32 yaşlı kişi ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hadisənin kim tərəfindən və hansı səbəbdən baş verməsi məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.