Bakı şəhərinin Xətai rayonunda mənzildən külli miqdarda qızıl və pul oğurlanıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Cavanşir küçəsi 19/51 ünvanında yaşayan 1963-cü il təvəllüdlü Hacıyev Şamo Süleyman oğlu müraciət edərək bildirib ki, naməlum şəxs və ya şəxslər onun evinə soxulub. Şikayətçi qeyd edib ki, evdə olmadığı 4 gün ərzində açar seçmə yolu ilə onun evindən 10 min dollar, xeyli miqdarda qızıl-zinət əşyaları oğurlanıb.
Hazırda fakta bağlı zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.