Bu gün Bakıda kiçik tutumlu yük maşını yanıb. Lent.az-ın hadisə yerindəki əməkdaşı xəbər verir ki, Heydər Əliyev prospektində (Aeroport şosesi) - "Viola" gül salonunun qarşısında "Avromed" şirkətinə məxsus olan "Daewoo" markalı, 90 JO 396 dövlət nömrə nişanlı avtomobil yanıb. Sürücü son anda maşından düşərək canını qurtara bilib.
Avtomobil yük yerindəki dərmanlarla birgə tamamilə yanaraq kül olub.