Bakıda dənizdə batmaq təhlükəsi yaşayan balıqçı xilas edilib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Səbail rayonunda qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 1 nəfər batma təhlükəsi ilə üzləşib. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri həmin əraziyə cəlb olunub, köməksiz vəziyyətdə qalmış balıqçı xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
.