Bakıda dələduzluqla məşğul olan qadın tutuldu
12 iyun 2014 11:19 (UTC +04:00)

Bakıda dələduzluqla məşğul olan qadın tutuldu

Bakıda mağazalardan oğurluqda şübhəli bilinən şəxslər tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən xəbərə görə, iyunun 10-da İ.Dadaşov küçəsində Bakı sakini Famil Güləliyevə məxsus mağazadan spirtli içki oğurlanıb. Nərimanov Rayon Polis İdarəsi 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı sakini 50 yaşlı Mahir Qasımov saxlanılıb.

 

M.Qasımovun üzərindən 0,278 qram heroin götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

İyunun 11-də Ş.Qurbanov küçəsində Bakı sakini Nail Yusifzadəyə məxsus mağazada, piştaxtanın üstündə içərisində 600 manat və şəxsiyyət vəsiqəsi olan pul kisəsini Goranboy rayon sakini 25 yaşlı Mircəlal İbrahimov götürüb qaçarkən Yasamal Rayon Polis İdarəsi 27-ci polis bölməsi və Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən yaxalanıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Bakıda həmçinin dələduzluq maddəsi ilə axtarışda olan qadın saxlanılıb. Nərimanov Rayon Polis İdarəsi 17-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, CM-nin 178-ci maddəsi ilə axtarışda olan 42 yaşlı Sevinc Qulubəkova tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 874
avatar

Oxşar yazılar