Bakıda dəhşətli qətl: <span style="color:red;">Qonşusuna 17 bıçaq vurdu
27 avqust 2015 11:02 (UTC +04:00)

Bakıda dəhşətli qətl: Qonşusuna 17 bıçaq vurdu

Bakıda qətl hadisəsi baş verib.

 

Səbail Rayon Prokurorluğunun müstəntiqi Cəfər Mövsümovun  APA-ya verdiyi  məlumata görə, hadisə Badamdar yolu, ev 105 ünvanında qeydə alınıb.

 

Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Vüqar Tofiq oğlu Fəttayev aralarında yaranan münaqişə zəminində qonşusu Valeh Şiraz oğlu Həsənova 17 bıçaq xəsarəti yetirib.

 

V. Həsənov aldığı xəsarətlərdən Klinik Tibbi Mərkəzdə ölüb.

 

Hadisəni törədən V. Fəttayev tutularaq istintaqa cəlb edilib.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq  aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 252
avatar

Oxşar yazılar