Fəhlə kranın trosları arasında qalaraq öldü
03 noyabr 2015 16:56 (UTC +04:00)

Fəhlə kranın trosları arasında qalaraq öldü

0

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Xəzər rayonunda 1 nəfərin “KJDE-16” markalı dəmiryol dizel-elektrik yükqaldırıcı kranın trosları arasında sıxılaraq qalması barədə müraciət daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər 1960-cı il təvəllüdlü Əliyev Tofiq Mirzəbala oğlunun cəsədini kranın yükqaldırıcı oxunun trosları arasından çıxarıb və aidiyyəti üzrə təhvil verib.

 

Əməliyyat saat 14:04-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 423

Oxşar yazılar