Bu gün Bakıda intihar hadisəsi baş verib. Suraxanı Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bülbülə qəsəbəsi, 3-cü mədən küçəsi 42 ünvanındakı 5 mərtəbəli binanın damından həmin ünvanda yaşayan, 1959-cu il təvəllüdlü Sultanova Naibə Cəfərqulu qızı özünü atıb. Qadın hadisə yerindəcə keçinib.
İntihar edən N.Sultanovanın Suraxanı Rayon Polis İdarəsində ştab rəisi vəzifəsində çalışan Qadir Qəhrəmanovun əmisinin həyat yoldaşı olduğu bildirilir. Intiharın səbəbləri araşdırılır.