Bakı şəhərinin Qaradağ rayonu ərazisində dənizdə (nəzarət olunmayan ərazidə) 25-30 yaşlarında olan 1 nəfərin batması barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri dərhal əraziyə cəlb olunub və axtarışlara başlanılıb.
Əlavə məlumat veriləcək.