Bakıda 56 yaşlı kişi dəm qazından boğulub. Nərimanov rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Böyükşor qəsəbəsi, Daş karxanası küçəsindəki evin hamamında 1957-ci il təvəllüdlü Camalov Valodiya Eldar oğlu dəm qazından boğulub. Ailə üzvləri təcili tibbi yardıma müraciət etsə də, həkimlər gəlincə 56 yaşlı kişi keçinib.
Faktla əlaqədar araşdırma aparılır.