Bakıda daha bir evdən oğurluq edilib. Lent.az-ın məlumatına gbörə, hadisə Lomonosov küçəsində baş verib. Həmin küçədə yaşayan 1975-ci il təvəllüdlü Həsənov Süleyman Vəlixan oğlu polisə müraciət edərək bildirib ki, gecə saatlarında evdə kimsənin olmadığı vaxt naməlum şəxs və ya şəxslər pəncərəni sındıraraq yataq otağına daxil olub. Otaqdakı dolabdan 4 min manatlıq qızıl və 20 manat oğurlanıb.
Əməliyyat-axtarış tədbirləri həyata keçirilir.