Bakıda cüdo üzrə çempion olmuş qız oğurluğa görə tutulub
04 fevral 2015 18:00 (UTC +04:00)

Bakıda cüdo üzrə çempion olmuş qız oğurluğa görə tutulub

Bakıda mənzildən, həyətyanı sahələrdən oğurluq edən 3 nəfərdən ibarət dəstənin üzvləri həbs ediliblər. APA TV-nin məlumatına görə, dəstə üzvü  Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Günay Şirinova ağır çəkidə  cüdo üzrə Sumqayıt şəhər çempionudur.  

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə,  əməliyyat  Daxili İşlər Nazirliyinin (DİN) Təhlükəsiz Şəhər Xidməti, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşlarının birgə iştirakı ilə keçirilib. İstintaqla müəyyən edilib ki, valideynlərindən  inciyərək evdən çıxıb gedən Günay Şirinova  metal satışı ilə məşğul olan Elvin və Elşən Məmmədov qardaşları ilə birgə yaşayıb. Onlar yanvarın 29-da Telnov küçəsi Tərlalə Əliyevanın mənzilinin açıq qapısından daxil olaraq, soyğunçuluq əməli törətməkdə, ayrı-ayrı vətəndaşlara məxsus 3 velosiped və digər oğurluqlarda təqsirli bilinirlər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 103
avatar

Oxşar yazılar