Bakıda çoxsaylı cinayətlər törədən qadın ələ keçdi
04 noyabr 2015 11:39 (UTC +04:00)

Bakıda çoxsaylı cinayətlər törədən qadın ələ keçdi

Bakıda çoxsaylı oğurluq əməlləri törətmiş qadın yaxalanıb.

 

Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, daimi qeydiyyatı olmayan 1991-ci il təvəllüdlü İranə Musayeva tutulub. Araşdırma zamanı onun digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, o, avqustun 3-də II Alatavada Mais Həsənovun, avqustun 5-nə keçən gecə Şamil Kərimovun, avqustun 21-nə keçən gecə, Z.Kərimov küçəsində Mahmud Feyzulayevin, avqustun 25-də M.Məmmədzadə küçəsində Nəsibə Ağayevanın, avqustun 30-na keçən gecə, X.Mustafayev küçəsində Füzuli Muxtarovun, sentyabrın 9-da Z.Kərimov küçəsində Rəşad Rəhimovun, sentyabrın 14-də II Alatavada yaşayan Xəlil Bayramlının, sentyabrın 16-da Zaur Aslanovun, Emin Məmmədovun, sentyabrın 22-nə keçən gecə, V.Əliyev küçəsində Anar Niftəliyevin, sentyabrın 23-də D.Bünyadzadə küçəsində Toğrul Musayevin, oktyabrın 2-nə keçən gecə, II Alatavada yaşayan Könül Hüseynovanın, oktyabrın 12-ə keçən gecə Ədalət Ağayevin, oktyabrın 20-nə keçən gecə Elşən Ağayevin, oktyabrın 25-də Xalid Ağayevin, oktyabrın 23-ə keçən gecə X.Mustafayev küçəsində Yaqut Mahmudovanın evindən, açıq qapıdan keçməklə pul, danışıq kartları, mobil telefonlar, sənədlər, noutbuklar, bankomat kartlarını qarət edib.

Avqustun 16-da isə Şərifzadə küçəsin yerləşən xəstəxananın həyətində Naibə Zeynalovaya məxsus içərisində 503 manat olan pul kisəsini oturacağın üzərindən oğurlayıb.

 

# 106
avatar

Oxşar yazılar