Bakı şəhəri, Nizami rayonunda “ŞAHİN” MTK tərəfindən inşa olunan tikintisi başa çatmamış çoxmərtəbəli yaşayış binasının ərazisində quraşdırılmış 12 ədəd sədd lövhəsi 30 p.m sahədə yanıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı tikili yanğından mühafizə olunub.
Yanğın saat 16:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.