Bakı şəhərinin Suraxanı rayonu ərazisində oğurluq hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Suraxanı qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi dalan 17-də yerləşən çayxanadan gecə saatlarında samovar oğurlanıb. Çayxananın icarədarı səhər saatlarında obyektə gələrkən həyətdə qoyub getdiyi samovarı yerində tapmayıb.
Hazırda oğurluq hadisəsi ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.