Bakıda bu küçədə təmir başlanılıb
01 fevral 2015 15:48 (UTC +04:00)

Bakıda bu küçədə təmir başlanılıb

0

Bakıda daha bir küçəsində təmir başlanılıb. Nəqliyyat Nazirliyi Azəryolservis ASC-dən Lent.az-a verilən məlumata görə, Dilarə Əliyeva küçəsinin Keykab Səfərəliyeva küçəsi ilə kəsişməsindən "Azərbaycan Dəmir Yolları "QSC-in qarşısına qədər olan hissəsində asfalt-beton örtüyünün döşənməsinə başlanılıb. Artıq sözügedən küçənin Keykab Səfərəliyeva küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissəsində frezlənmə və mərmər səki daşlarının düzülməsi işləri başa çatdırılıb. Hazırda bağlı olan hissədə işlər sürətlə davam etdirilir. Həmin hissənin 3 gün ərzində yekunlaşması gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 303

Oxşar yazılar