Bakıda bahalı maşın qəzaya uğradı
13 iyun 2015 06:46 (UTC +04:00)

Bakıda bahalı maşın qəzaya uğradı

Ötən gecə Bakıda "Porche Panamera" markalı avtomobil qəzaya uğrayıb.

 

Lent.az-ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Qarayev Ənvər Əli oğlu "Porche" markalı 90 NV 800 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil kənar yoldan arakəsmələri keçərək, əsas yola çıxıb.

 

İlkin məlumata görə, qəza zamanı xəsarət alan olmayıb. Faktla bağlı Nərimanov Rayon Dövlət Yol Polisi Şöbəsində araşdırma aparılır.

 

Mahir Məmmədli

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 70
avatar

Oxşar yazılar