
Quduz itin üzünü parçaladığı azyaşlıdan YENİ XƏBƏR
Aprelin 18-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsində quduz it dişləmiş uşağın vəziyyəti yaxşıdır.
Bu barədə Lent.az-a 1 saylı Tibbi Kliniki Xəstəxanın üz-çənə cərrahiyyə şöbəsindən məlumat verilib: “Cərrahi əməliyyat aparılaraq uşağın yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib".
Məlumatda hazırda xəstənin vəziyyətinin normal olduğu bildirilib: "Profilaktik olaraq müalicə davam edir".
Qeyd edək ki, Bakıda azyaşlı quduz itin hücumuna məruz qalıb. ONA xəbər verir ki, hadisə aprelin 18-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verib.
Belə ki, it küçədə 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğluna hücum edib. Quduzlaşmış it azyaşlının yanaq nahiyəsini parçaladıqdan sonra ölüb.
Ağır yaralanan 4 yaşlı uşaq 1 saylı Klinik Xəstəxanaya aparılıb, quduzluq əleyhinə zərdab vurulub.
Oxşar yazılar

Bakıda maşın motosikletlə toqquşdu: ölən var
27 avqust 2025 , 09:25
Azərbaycanda kriptovalyuta üzərinə həbs qoyuldu
27 avqust 2025 , 09:12
Gəncədə minik maşını motosikletlə toqquşdu, xəsarət alanlar var - YENİLƏNİB
27 avqust 2025 , 08:04
Xəzərdə güclü zəlzələ oldu
27 avqust 2025 , 00:54
Kürdəmirdə ağır qəza - 1 ölü, 1 yaralı var
26 avqust 2025 , 21:19
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlərin ifadələri dinlənilib
26 avqust 2025 , 20:53
Cəlilabadda 5 maşın toqquşdu: yaralılar var
26 avqust 2025 , 19:50