Güclü külək Bakıda 3 avtomobilə ziyan vurdu
09 oktyabr 2015 13:14 (UTC +04:00)

Güclü külək Bakıda 3 avtomobilə ziyan vurdu

0

Bakıda ağacların qırılaraq düşməsi bir neçə avtomobilə ziyan vurub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 8-də əsmiş güclü küləkdən Səbail rayonunun Ü.Hacıbəyov küçəsində Bakı şəhər sakinləri Fuad Rzayevə məxsus “Subaru”, Xəqani küçəsində Mehman Hüseynzadəyə məxsus “Hyundai”, Xətai rayonunun Y.Səfərov küçəsində Bakı şəhər sakini Ramin Ərəbxanovun idarə etdiyi “Toyota” markalı avtomobillərin üzərinə ağac qırılaraq düşüb. Nəticədə avtomobillərə qismən ziyan dəyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 179

Oxşar yazılar