Metronun qarşısında dəhşətli qəza: ölən və yaralananlar var - <span style="color:red;">YENİLƏNİB
27 fevral 2014 09:53 (UTC +04:00)

Metronun qarşısında dəhşətli qəza: ölən və yaralananlar var - YENİLƏNİB

Fevralın 27-nə keçən gecə Bakı şəhərinin Səbail rayonu ərazisində baş vermiş dəhşətli qəzada ölən sürücünün şəxsiyyəti müəyyənləşib. Lent.az-ın məlumatına görə, Bakı Metropoliteninin “Sahil” stansiyasının qarşısında, Bül-Bül prospektində baş vermiş qəzanı törətmiş “VAZ 21011”-nin sürücüsünün Xətai rayon sakini, 1990-cı il təvəllüdlü İsmayılov Elnur Akif oğlu olması müəyyənləşib. Bəlli olub ki, E.İsmayılov satışa çıxardığı avtomobili ilə işıqfora yaxınlaşarkən əyləcə basmaq istəyib. Lakin avtomobil sürücünün idarəetməsindən çıxıb və hərəkətdə olan iki “Mercedes”ə çırpılıb. 24 yaşlı sürücü hadisə yerindəcə keçinib. Digər avtomobillərdə olan daha 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

 

 

*****

 

27.02.2014 / 03:06

 

Bakının mərkəzində ağır yol qəzası baş verib.

 

APA - nın məlumatına görə, Bül-Bül prospekti ilə Zərifə Əliyeva küçəsinin kəsişməsində “VAZ 21011” markalı avtomobil "Mercedes Benz"-lə toqquşub.

 

İlkin məlumatlara görə, hadisə zamanı 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

 

Xilasedici Mahir Quliyevin APA-ya verdiyi məlumata görə, bunlar Şıxəli Şıxəliev, Turqut Əsədov və Tural Ələkbərovdur.

 

"Mercedes"-i Əsədov Turqut Əsildar oğlu idarə edib.  "VAZ 21011"-in dünyasını dəyişən sürücüsünün şəxsiyyəti dəqiqləşdirirlir.

 

Qəzaya səbəb “VAZ 2101” markalı avtomobilin sürücüsünün işıqforun qırmızı işığına məhəl qoymamağı olub.  

 

Hadisə yerinə Dövlət Yol Polisi, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7428
avatar

Nizam Rza

Oxşar yazılar