Bakıda polis polkovniki dəhşətli qəzada öldü - YENİLƏNİB
18 dekabr 2012 12:36 (UTC +04:00)

Bakıda polis polkovniki dəhşətli qəzada öldü - YENİLƏNİB

Dekabrın 18-nə keçən gecə Bakı şəhərinin Xətai rayonu ərazisində baş vermiş yol qəzasında ölən şəxs polis polkovnik-leytenantı olub. Xətai rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nobel prospektində üzü mərkəzə doğru hərəkət edən “Mercedes” markalı, 90 RN 429 nömrə nişanlı avtomobil qəfil yolun əks istiqamətinə çıxıb. Avtomobil Naxçıvan MR, Babək rayon sakini, 1986-cı il təvəllüdlü İbrahimov Emin Dilsuz oğlunun idarə etdiyi “Hovo” markalı yük maşınına çırpılıb. Nəticədə “Mercedes”in sürücüsü, Bakı Metropolitenində Polis Şöbəsinin rəisinin şəxsi heyət üzrə köməkçisi, polis polkovnik-leytenantı, 1967-ci il təvəllüdlü Əhmədov Mais Hadı oğlu hadisə yerində keçinib. Avtomobildə olan 25-30 yaşlı qadın isə ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

 

***

10:36

 

Bakıda minik avtomobili ilə yük maşını toqquşub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin  saytına istinadən verdiyi məlumata görə, Xətai rayonunda "Mercedes" markalı minik avtomobili və "Mercedes" markalı yük avtomobili toqquşub. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mercedes" markalı minik avtomobilində olan 1 nəfər sərnişin xəsarət alıb və xəstəxanaya aparılıb. Həmin avtomobilin sürücüsü isə hadisə yerində vəfat edib. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8690

Oxşar yazılar

Yeni doğulmuş körpəsini küçəyə atdı

Yeni doğulmuş körpəsini küçəyə atdı

22 aprel 2025 , 14:14
Bu rayonda bir gündə iki meyit  TAPILDI

Bu rayonda bir gündə iki meyit TAPILDI

22 aprel 2025 , 14:00
Mina qurbanları Vardanyanın məhkəməsinə əsa ilə gəldilər

Mina qurbanları Vardanyanın məhkəməsinə əsa ilə gəldilər

22 aprel 2025 , 13:53
Sumqayıtda parkda  meyit tapıldı

Sumqayıtda parkda meyit tapıldı

22 aprel 2025 , 13:39
Məktəbli qızları şantaj edən  əcnəbiyə ağır cəza verildi

Məktəbli qızları şantaj edən əcnəbiyə ağır cəza verildi

22 aprel 2025 , 13:32
Yol qəzası törədən polis saxlanıldı

Yol qəzası törədən polis saxlanıldı

22 aprel 2025 , 13:18
Kişini döyüb binadan atdılar

Kişini döyüb binadan atdılar

22 aprel 2025 , 12:38
Bərdədə kişi kanalda batdı

Bərdədə kişi kanalda batdı

22 aprel 2025 , 11:51