Bakıda "Mitsubishi" bir neçə dəfə yuvarlandı, sürücü öldü
04 fevral 2015 03:25 (UTC +04:00)

Bakıda "Mitsubishi" bir neçə dəfə yuvarlandı, sürücü öldü

Ötən gecə Bakının Binəqədi rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, 31 yaşlı Allahverdi Qəzənfər oğlu Əsgərov "Mitsubishi" markalı nəqliyyat vasitəsi ilə Sulutəpə qəsəbəsindən şəhər istiqamətində hərəkətdə olarkən Xocahəsən dairəsində qəflətən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi dairəyə çırpılıb. Zərbənin təsiri güclü olduğundan maşın bir neçə dəfə yuvarlanaraq yolun digər istiqamətinə düşüb. Qəza nəticəsində sürücü Allahverdi Əsgərov hadisə yerində dünyasını dəyişib. 

 

Hadisə yerində araşdırma aparan Yol Patrul Xidməti əməkdaşlarının gəldikləri ilkin qənaətə görə, qəza yüksək surət və havanın dumanlı olması səbəbindən baş verib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat idarəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 96
avatar

Oxşar yazılar

Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00