Bakıda 9 mərtəbəli binada yanğın - YENİLƏNİB
04 fevral 2015 17:42 (UTC +04:00)

Bakıda 9 mərtəbəli binada yanğın - YENİLƏNİB

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, Nərimanov rayonu Çaykovski küçəsi 4 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binasındakı mənzillərdən birində baş verən yanğının qonşu mənzillərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.

 

 
 
 
*****
 
 
16:15
 
 
Bakıda yaşayış binasında yanğın başlayıb.

 

APA-nın məlumatına görə, hadisə Nərimanov rayonu Çaykovski küçəsi 4 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binasındakı mənzillərdən birində qeydə alınıb.

 

Yanğının qarşısının alınması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.

 

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 204

Oxşar yazılar